Nura Suridən hökumətə sərt suallar - Hamını öz evində zindana salmısız

  • By admin
  • 17 Dekabr 2020 18:05

 

Azərbaycanın məşhur sənətçisi Nura Suri hökumətin ünvanına bır sıra ittihamlar səsləndirib.

Gununsesi.info bildirir ki, sənətçi əhalinin güzəranına görə hökuməti qınayıb:

“Çıxıb 2 saat vaksindən danışırlar, amma 150 nəfər tibb işçisinin qidadan zəhərləndiyindən, modul tipli xəstəxanadakı kütləvi oksigen çatışmazlığından ölən insanlar haqqında danışmırlar.

Məhkəməyə verən də yoxdur bunları.

İnsanları niyə öldürürsüz? Niyə hesabat vermirsiz xalqa?
Hamını öz evində zindana salıb bağlamısız zatən. İşsiz, pulsuz oturub insanlar səsin çıxartmır. Dərman tapıb ala bilmir bu camaat. Dərmanların qiyməti də kəlləçarxda”

Gununsesi.info