Nüşabə Ələsgərli polisə çağırıldı

  • By admin
  • 26 Avqust 2019 18:09

Bu gün Əməkdar artist Nüşabə Ələsgərlinin polisə çağırılması barədə məlumatlar yayılıb. Məlumata əsasən, müğənni Manaf Ağayevin qızı Səmayənin keçmiş həyat yoldaşı Taleh Hüseynov boşanmağa qərar verdikdən sonra M.Ağayevin göstərişi ilə şou-biznesdəki dostları, o cümlədən N.Ələsgərli tərəfindən təzyiqlərə məruz qaldığını deyib. O, hüquq-mühafizə orqanlarına müraciət etdiyini, müğənni N.Ələsgərlinin Nəsimi Rayon Polis İdarəsinə çağırıldığını və izahatı alındıqdan sonra sərbəst buraxıldığını bildirib. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, məlumatlarda iddia olunan müğənni Manaf Ağayevin keçmiş kürəkəninin şikayəti əsasında N.Ələsgərlinin Nəsimi Rayon Polis İdarəsinə dəvət olunması ilə bağlı yazılan məlumatlar həqiqəti əks etdirmir.

Qurumun nümayəndəsi qeyd edib ki, bununla bağlı Polis İdarəsinə hər hansı müraciət daxil olmayıb, adıçəkilən şəxslərdən heç kim idarəyə dəvət olunmayıb.

Gununsesi.org