
“Texas ştatının Dallas şəhərində baş verən atışma məqsədyönlü və planlı şəkildə həyata keçirilib”.
Gununsesi.info TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama NATO sammiti əsnasında Avropa Şurasının başçısı Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşün nəticələri haqqında açıqlama verərkən bildirib.O, bildirib ki, Dallasda baş verən iyrənc cinayət məqsədyönlü və planlı şəkildə həyata keçirilib: “Biz Federal Təhqiqatlar Bürosunun rəhbərliyi ilə daimi əlaqə saxlayırıq. Lakin hələ ki Dallasda baş verən atışmanın səbəbi barədə dolğun informasiyaya malik deyilik. Bununla yanaşı, o, ABŞ-ın xüsusi xidmət orqanlarında bu cinayətlə bağlı çox sayda şübhəlinin olduğunu qeyd edib. ABŞ prezidenti, həmçinin yerli hökumətlə həmrəy olduqlarını bildirib və Dallasda vəzifə borclarını yerinə yetirərkən həyatını itirən və yaralanan polis əməkdaşlarının ailələrinə başsağlığı verib.
Gununsesi.info