Obamadan tarixi etiraf: “İŞİD-i biz…”

  • Müəllif: admin
  • 07 Dekabr 2016 21:50

obama_tur

 

ABŞ Prezidenti Barak Obama ölkəsinin İŞİD-in böyüməsində rolunu etiraf edib.Gununsesi.info xəbər verir ki, Obama Florida ştatının Tampa şəhərində çıxışı zamanı terrorla mübarizədən danışıb.

“İŞİD-ə qarşılıq verərkən 2003-cü ildə ABŞ ordusunun İraqa müdaxiləsi zamanı buraxılan səhvləri təkrarlamaq istəmədik. Bu da İŞİD-in böyüməsində rol oynadı. ABŞ ordusuna üstünlük verməkdənsə, yerli silahlı qrupları dəstəklədik və nəticədə 70 ölkədən ibarət beynəlxalq koalisiya yaratdıq”, – Obama qeyd edib.

 

Gununsesi.info