“Aşıq Şəmşir” Mədəniyyət Ocağı da Azay Quliyevin müdafiəsinə qalxdı

  • By admin
  • 07 Dekabr 2016 21:48

asiq

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökümət Təşikilatlarına Dövlət Şurasının imicinə qara yaxanlara cavab

“Belə bir Şuraya məhz QHT sektorunun aktiv təmsilçilərindən olan millət vəkili Azay Quliyevin sədr təyin olunması isə Dövlətin vətəndaş cəmiyyətinə münasibətinin göstəricisi idi”.

Ölkəmizdə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin vacib komponentlərindən biri olan vətəndaş cəmiyyəti institutnun formalaşdırlması prosesi də illərdir ki müvəffəqiyyətlə icra olunur. Ölkəmizdə vətəndaş cəmiyyəti platformasının yaradılmasının və onun səmərəli fəaliyyət göstərməsinin memarı heç şübhəsiz Ümumilli lider Heydər Əliyev olmuşdur. Bu gün Ulu öndərin bu siyasi irsi Prezident İlham Əliyev tərəfindən də uğurla davam və inkişaf etdirilməkdədir.

2008-ci ildə Prezident İlham Əliyevin qərarı ilə yaradılan QHT-lərə Dövlət Dəstəyi Şurası ölkəmizdə bu istiqamətdə aparılan işlərə çox böyük təkan oldu. Bundan sonra ölkəmizdə QHT-lərin fəaliyyət istiqamətləri daha da zənginləşdi və QHT-lər üçün dövlət tərəfindən böyük imkanlar yaradıldı. Belə bir Şuraya məhz QHT sektorunun aktiv təmsilçilərindən olan Azay Quliyevin sədr təyin olunması isə Dövlətin vətəndaş cəmiyyətinə münasibətinin göstəricisi idi.

QHT-lərə Dövlət Dəstəyi Şurası 9 ilə yaxındır ki, öz şəffaf və məqsədyönlü fəaliyyəti ilə nəinki QHT-lərin, həm də bütün Azərbaycan ziyalılarının, ictimaiyyət nümayəndələrinin dərin rəğbət və etimadını qazanıb. Bu heç şübhəsiz həm Şuranın rəhbərliyinin,həm də orada çalışan işçilərin peşəkarlığının göstəricisidir.

Təbii ki öz nümunəvi fəaliyyəti ilə seçilən belə bir qurumu gözü götürməyənlər də var, onun fəaliyyətinə kölgə salmaq istəyənlər də. Amma bu dəqiqdir ki, düzlük, doğruluq, ədalət heç zaman ləkə götürmür. Buna çalışanlar isə öz çirkin məqsədlərinə heç zaman çata bilmir.

Mən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini olaraq təqdim etdiyimiz müxtəlif məzmunlu layihələrə və təşəbbüslərə ədalətli və düzgün dəstək görmüşəm. Hətta yalnış istiqamət seçdikdə belə Şuranın mənə verdiyi məsləhətlərin əsasında öz işimi daha düzgün qurmuşam, layihələrimi daha effektiv icra etmişəm.

QHT-lərə Dövlət Dəstəyi Şurası daima keçirdiyi ictimai müzakirələrlə, hər il ictimaiyyətə açıq şəkildə təqdim etdiyi hesabatlarla, mütəmadi olaraq ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün həyata keçirdiyi layihələrlə öz şəffaf və düzgün fəaliyyətini ortaya qoymaqdadır. Mən də bir QHT təmsilçisi kimi QHT-lərə Dövlət Dəstəyi Şurası haqda reket jurnalistlərin, reket mətbuatın səsləndirdiyi əsassız iddialara qarşıyam və onları sərt şəkildə qınayıram, ədalətli və vicdanlı olmağa səsləyirəm.

Daima biz QHT təmsilçilərinin himayəçisi olan QHT-lərə Dövlət Dəstəyi Şurasına isə bundan sonrakı fəaliyyətində uğurlar diləyirəm.

Həbib Misirov, 
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini