Gəncədə 68 yaşlı qadın döyülüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Şeyx Bahəddin küçəsində yaşayan 1949-cu il təvəllüdlü Səfərova Lyudmila İsaq qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
- Səfərovanın dediyinə görə, o, evdə oğlu tərəfindən döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info











