Qazaxda 56 yaşlı kişi özünü asıb

  • By admin
  • 01 May 2017 21:35

intihar

 

Qazax rayonunda 56 yaşlı kişi intihar edib.

“Report”un verdiyi məlumata görə, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Füzuli Xəlilov yaşadığı evdə özünü iplə asıb.

İlkin ehtimal onun öz canına qəsd etməsinə küllü miqdarda borcunun olması səbəb kimi göstərilir.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sakinlərin dediyinə görə, F.Xəlilov valyuta alqı-satqısı ilə məşğul olub.

 

Gununsesi.info