Oğrular: “Belə zordu – özüm üçün yaşayıram”

  • By admin
  • 12 İyul 2016 15:00

ogru2

 

 

Abşeron polisi 3 nəfərdən ibarət oğurluq edən dəstə üzvlərini saxlayıb. Gununsesi.info xəbər verir ki, rayon polis idarəsinə daxil olan məlumat əsasında saxlanılan şəxslər indiyə kimi 30 evə müxtəlif yollarla daxil olub.

Daha sonra həmin mənzillərdən pul və qızıl ziynət əşyalarını oğurlayaraq paytaxtda yerləşən lombardlara satıblar.Qrupun rəhəbəri Astara rayon sakini 26 yaşlı İlkin Paşayev nənəsinin evindən oğurluq etdiyinə görə bir il məhkumluq həyatı yaşayıb.

Asan yolla pul qazanmağı üstün tutan İlkin tanışı 17 yaşlı Qurban Məhhərmovu da bu işdə ona yardımçı olmağı təklif edib.Bir neçə ay İlkin və Qurban paytaxtın müxtəlif rayonlarında yerləşən boş mənzillərə müxtəlif üsullarla daxil olublar.

İndiyə kimi 2 kiloqramdan çox qızıl- zinyət əşyalarını oğurlayan şəxslər onu satdıqdan sonra əldə etdikləri pulu kef məclislərində xərcləyirmiş. Abşeron polisindən verilən məlumata görə dəstə üzvləri sonuncu dəfə Avtovağzal yaxınlığında yerləşən iki fərdi yaşayış evindən daha sonra Digah qəsəbəsindən dəyəri 5 min manat olan qızıl oğurlayan zaman yaxalanıblar. Hər üç şəxs barəsində Abşeron rayon polins idarısindıə cinayət işi başlanılıb.

 

ogru

 

ogru1