Müğənni Lalə: “Quyruğunu tapdaladığım üçün başıma bu oyunları açır” - AÇIQLAMA (ÖZƏL)

  • By admin
  • 12 İyul 2016 15:07

nurka

 

“Bunlar hamısı bir nəfər tərəfindən yazılan sifarişli yazılardı. Bu sözləri Gununsesi.info-ya açıqlamasında dələduzluqda ittiham olunan müğənni Lalə deyib.

Müğənni bildirib ki, mən çox gözəl bilirəm o adam kimdi: “O gün də yazıblar ki, atası rəhmətə gedib amma özü konsertdə çıxış edir. Gic-gic, mundar-mundar şeyləri yazıb saytlara  qoyurlar. Heç bir sayt atam rəhmətə gedəndə “Allah rəhmət eləsin” yazmadı indi konsertdə çıxış eləmişəm o dəqiqə götürüb yazıblar”.

Lalə həyat yoldaşı Nurkan haqqında deyilənlərə də münasibət bildirib: “ Yayılan şayələrin hamısı yalandı. Mən hamısının cavabını verərəm, sadəcə indi vəziyyətim yaxşı deyil atamın qırx  mərasimi olacaq  və özüm də uşaq gözləyirəm. Qırxa qədər heç bir verilişə çıxmayacam amma mərasimdən sonra çıxış edərək sənədlərlə sübut edəcəm. Ayıb olsun onlara uydurma şeyləri yazırlar”.

Həmin adam sənəd yoldaşınızdır? sualına isə Lalə xanımın cavabı belə oldu: “O adam pressadandır mən ona bir neçə dəfə kömək etmişəm sonra guya həmin haçansa onun  quyruğunu tapdamışam ona görə başıma bu oyunu açır”.

 

Sevinc Xeyrulla