Ombudsman Aparatı uşaqlar üçün müsabiqə elan etdi

  • By admin
  • 29 Oktyabr 2016 11:08

musabiqe

Ombudsman BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi ilə birgə10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir. Müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.

Bu haqda Gununsesi.info-ya rəsmlər A3 formatda işlənməli və bu rəsmlərin müəllifləri  haqqında qısa məlumat,  həmçinin  müsabiqə  iştirakçılarının bir ədəd   fotoşəkli (4×5 ölçüdə)25 noyabr 2016-cı il saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim edilməlidir.

Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək:

  • Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması;
  • BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəasının rəsmlərdə öz əksini tapması;
  • Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.

İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra on gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.

Qeyd: müsabiqənin mövzusuna qəti uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq.

Əlaqə telefonu:  493-94-68

Gülnaz Qənbərli

Gununsesi.info