Ombudsman dilini kəsən məhbusun işini araşdırır

  • Müəllif: admin
  • 23 Dekabr 2016 11:24

13-sayli 

“13 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Natiq Vaqif oğlu Cabbarlı ilə bağlı mətbuatda dərc edilən xəbərlərlə, eləcə də Milli Preventiv Qrupun “Qaynar Xətti”nə daxil olan məlumatlarla bağlı iş bizdə nəzarətdədir”.

Bu haqda Gununsesi.info-ya Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri  Rəşid Rumzadə  13 saylı Cəzaçəkmə Müəssisəsində rəis müavini Eıçin Elcanovun ona qarşı göstərdiyi, fiziki və mənəvi təzyiqlərə etiraz olaraq özünü şişləyib, dilini kəsən Natiq Cabbarlı haqqında verdiyimiz sorğuya cavab olaraq, aparılan araşdırmaların nəticəsindən danışarkən belə deyib.Milli Preventiv Qrupun rəhbəri R.Rumzadə qeyd edib ki,  Natiq Cabbarlıyla bağlı dərc edilən bütün məlumatlar tərəfimizdən araşdırılır: “Həmin şəxsin əvvələr etdiyi digər müraciətlərlə də bağlı sorğular vermişik.  Eyni zamanda da aidiyyati məsələ üzrə Penitensiar xidmət və prokurorluq tərəfindən də  bu məsələ üzrə icraat da  var”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info