
Bu gün Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü, Azərbaycan Ombudsman təsisatının ildönümü münasibətilə “Hər bir kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi: Qanunvericilik və Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirib.
Gununsesi.info-nun xəbərinə görə, konfransda ombudsman Elmira Süleymanoova , Milli Məclisin sədr müavini Bahar Muradova, BMT-nin ölkəmizdəki resident əlaqələndiricisi Qulam İşhaqzai, eləcə də bir sıra qurumların rəhbərləri və millət vəkilləri iştirak ediblər.
Tədbirin sonunda Müvəkkilin ənənəvi olaraq, keçirdiyi “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazılarının və “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin müsabiqəsinin nəticələrini də elan edilib.
Qeyd edək ki, Gununsesi.info-nun əməkdaşı Gülnaz Qənbərli birnci yerə layiq görülüb.

Gununsesi.info











