VİDEO




Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



İyul 2017
BE ÇA Ç CA C Ş B
« İyn    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

XƏBƏR LENTİ

27 İyul 2017

17 İyul 2017 - 14:26

Ombudsmanın Bəyanatı xarici ölkələrdəki tədbirlərdə səsləndirilir və iştirakçılara paylanır

elmira

Xəbər verildiyi kimi, 5 iyul 2017-ci il tarixdəİnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərinin atəşə tutulması ilə əlaqədar Bəyanat verib.

Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, müvəkkilin Bəyanatı ölkəmizdə yayılmış, habelə BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin Baş Katibinin Uşaqlar və Silahlı Münaqişələr üzrə Xüsusi Nümayəndəsinə, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətləndirilməsi üzrə İcraçı Direktoruna, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC), Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, eyni zamanda bu sənədin tədbirlərdə və təbliğat işində istifadə edilməsi üçün Azərbaycanın yüzlərlə diaspor təşkilatlarına göndərilib.

Bəyanatda vurğulanıb ki, 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulmuş, nəticədə Sahibə Allahverdiyeva və onun iki yaşlı qız nəvəsi Zəhra Quliyeva həlak olmuş, digər mülki şəxs Səlminaz Quliyeva ağır yaralanmış və mülki obyektlər dağıdılıb.

Ombudsman tezliklə ədalətin və sülhün bərqərar olunacağına, insanlığa qarşı törədilən bu qatı cinayətlərin beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, işğalçı Ermənistanın BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına inanaraq, Ermənistanın təcavüzünə son qoyulması, ümumbəşər beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni hərbi qüvvələrin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və bütün insan hüquqlarından tam faydalanması üçün beynəlxalq təşkilatları, dünya dövlətlərini və həmkarlarımı birgə qətiyyətli səylər göstərməyə və tədbirlər görməyə çağırıb.

Qeyd olunmalıdır ki, Müvəkkilin bu günlərdə Barselona şəhərində iştirak etdiyi Krans Montana Forumunun 28-ci illik sessiyasında, Ombudsman Aparatı əməkdaşlarının təcrübə mübadiləsi məqsədilə işgüzar xarici səfərlərdə, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatlarımız tərəfindən həmin faciə ilə bağlı təşkil edilmiş çoxsaylı tədbirlərdə adı çəkilən Bəyanat səsləndirilmiş və iştirakçılara paylanılıb.

Bu günlərdəAmerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən və Töhfə Eminovanın rəhbərlik etdiyi Florida Azərbaycanlı Amerikan Mədəniyyət Assosiasiyası, həmçinin digər diaspor təşkilatlarımız tərəfindən də Bəyanat səsləndirilmişdir. Eyni zamanda Florida Azərbaycanlı Amerikan Mədəniyyət Assosiasiyasının türklərlə birgə yürüş keçirəcəyi, habelə müvafiq tədbirlər təşkil olunacağı həmin Assosiasiya tərəfindən bildirilib.

Gülnaz Qənbərli

Gununsesi.info





loading...
Loading...