Operativ Qərargahdan çalışan işçilərin daşınması ilə bağlı qəribə açıqlama

  • By admin
  • 04 İyun 2020 18:03

“Sosial xidmət sahələrinin əməkdaşlarının daşınmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət daşıyır”.

Gununsesi.orgun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu məsələni nazirlik həll edəcək: “Digər işə çıxan şəxslər fərdi avtomobillərindən istifadə edəcəklər. Hər hansı qurum işçilərinin daşınmasını təmin edə bilməsə, Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər”.

Gununsesi.org