
Ordusuna ən çox pul xərcləyən ölkələrin siyahısı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutu (SİPRİ) 2016-cı ildə dünya ölkələrinin ordularına xərclədiyi vəsait açıqlanıb.
SİPRİ-nin məlumatına əsasən 2016-ci ildə dünya ölkələri ordularına ümumlikdə 1 trilyon 686 milyard dollar vəsait xərcləyib. ABŞ isə təkcə ordusuna 611 milyard dollar xərcləyib ki, bu da ümumi xərcin haradasa 40 faizə yaxınını təşkil edir.
SİPRİ-nin hazırladığı raportda ordusuna ən çox vəsait xərcləyənlərlə yanaşı, orduya məsrəflərini azaldan ölkələr də yer alıb. İndi isə ordusuna ən çox vəsait ayıran 14 ölkənin siyahısını təqdim edəcəyik. Hər zaman olduğu kimi 1-ci yerdə ABŞ qərarlaşıb. Bu ölkə 2016-ci ildə ordusuna 611 milyard dollar xərcləyib. Çin ikinci yerdə qərarlaşmaqla, ordusuna 215 milyard dollar, 3-cü yerdə olan Rusiya 69,2 milyard dollar, 63,7 milyard dollarla Səudiyyə Ərəbistanı 4-cü yerdə, 55,9 milyard dollarla Hindistan 5-ci, 55,7 milyard dollarla Fransa 6-cı, 48,3 milyard dollarla Böyük Britaniya 7-ci, 46,1 milyard dollarla Yaponiya 8-ci, 41,1 milyard dollarla Almaniya 9-cu, 36,8 milyard dollarla Cənubi Koreya 10-cu, 24,6 milyard dollarla İtaliya 11-ci, 23,7 dollarla Braziliya 12-ci, 22,8 milyard dollarla Birləşmiş Ərəb Əmirliyi 13-cü, 18 milyard dollarla İsrail 14-cü yerdə qərarlaşıb.
Bu 15 ölkə dünya ordusuna xərclənən 1 trilyon 686 milyard dolların 1 trilyon 36 milyard dollarını xərcləyib.
SİPRİ-nin hazırladığı hesabatda Azərbaycan Silahlı Qüvvələrinə xərclənən sərmayəni azaldan və ixtisar edən ölkələr bölümündə yer alıb. Azərbaycan 2016-ci ildə hərbi xərclərini 36 faiz azaltmaqla 1,38 milyard dollar təşkil edib.
Hazırladı Mürtəza
Gununsesi.info












