Orqan transplantasiyası ilə bağlı Koordinasiya Mərkəzi YARADILIB

  • By admin
  • 10 Fevral 2022 13:07

Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində Koordinasiya Mərkəzi yaradılıb.

Gununsesi.info xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi birifnqdə deyib.

Nazir bildirib ki, bununla bağlı orqanların idxal və ixracı, donorların reyestri nəzərdə tutulub:

“Artıq əsasnamə də təsdiq olunub və Nazirlər Kabinetinə göndərilib. Mərkəzin yerləşəcəyi yer də məlumdur. Orada son hazırlıq işləri görülür. Mərkəzin nəzdində Etika komissiyası da fəaliyyət göstərəcək. Qeyd edim ki, bu məsələdə ictimai nəzarət çox güclü olacaq. Burada QHT, hüquq mühafizə, səhiyyə qurumlarının nümayəndələri olacaq. Mərkəz şəffaf şəkildə fəaliyyət göstərəcək. Hazirda 14 müəssisənin orqan köçürülməsini həyata keçirməsi üçün lisenziyası var. Amma bu müəssisələr akkreditasiyadan da keçdikdən sonra transplantasiya ilə məşğul olan mərkəzlər reyestrinə daxil olacaq”.

Nazir qeyd edib ki, orqan köçürülməsinin icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində də işçi qrupu var, məsələlər müzakirə olunur:

“Ümid edirik ki, yaxın gələcək üçün orqan köçürülməsi xidmətlər zərfinə daxil ediləcək”.

Gununsesi.info