Orxan Əsgərovun atası: “Oğlumun arzuları böyük idi” -FOTO/VİDEO

“Oğlumla şəhid olmamışdan bir gün öncə danışdım”.

Gunnusesi.info xəbər verir ki, bu sözləri şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.

O bildirib ki, daha əvvəlki telefon danışıqlarında hər hansı bir problemin olmadığını demişdi:

“Ailəsi ilə də, bizimlə də danışırdı. Orxanın ailəsi Bakıda yaşayırdı. Oğlumun arzuları böyük idi. Orxan böyük türk dünyası uğrunda çalışırdı. Çox vətənpərvər idi, övladlarını da bu ruhda yetişdirirdi. Bundan sonra çalışacağıq ki, onun yarım qalan arzularını biz yerinə yetirək”.

Qeyd edək ki, İrandakı səfirliyimizə edilən terror hücumu zamanı şəhid olan O.Əsgərov bu gün Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.