“Övladım vardı, amma subay oğlanla eşq yaşayırdım“ – Əməkdar artist + Video

  • By admin
  • 22 Yanvar 2021 15:38

Əməkdar artist Nahidə Orucova özündən 6 yaş kiçik olan sevgilisindən danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramında bu barədə danışan aktrisa Məlik Dadaşovun cangüdəni ilə 20 il eşq yaşadığını etiraf edib:

“O sirri heç kim bilmirdi, indiyə qədər də bilmirlər. Akademik Rus Dram Teatrında işə düzəlmişdim. Həmin şəxs Məlik Dadaşovun həm cangüdəni, həm sürücüsü idi. Məndən 6 yaş kiçik idi. Bir könüldən min könülə bir-birimizə aşiq olduq. O, subay, cavan oğlan idi. Mən də cavan qız idim, övladım var idi, amma ayrılmışdım. Qadın kimi onunla xoşbəxt oldum”.

 

Sənətçi həyat yoldaşının illər sonra bunu öyrənəndə onu bağışlamadığını deyib:

“Ayrıldığım həyat yoldaşım illər sonra bu sevgidən xəbər tutdu. İndiyənə kimi məni bağışlamır. Həmin şəxsi məcbur evləndirdilər. Sevginin gücünə baxın ki, o, öz toy gecəsi mənim yanıma gəlmişdi. Bunu həmişə ürəyimdə saxlamışam. Artıq 2 ildir təkəm, o, dünyasını dəyişib. Sevgimə və dostlarıma sadiq biriyəm. Ona görə də ömrümün sonuna kimi tək qalacam”.

Həmin görüntüləri təqdim edirik:

 

Gununsesi.org