“Qarabağ” Çempionlar Liqasının II tur matçında “Roma”ya məğlub olub – 1:2.
Gununsesi.info xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti belə şərh edib: “Xüsusən oyunun başlanğıcı ağır oldu. İlk dəqiqələrdən rəqib nəyə qadir olduğunu göstərdi.
Amma 0:2-dən sonra futbolçularımız daha diqqətli olmağa və rəqibi tanımağa başladılar. İlk oyunda nəticə sarıdan məğlub olsaq da, hamının oyundan zövq almasına çalışdıq. Rəqib layiqli qələbə qazandı”.
Jurnalistlərin sualları olmadığı üçün 45 yaşlı mütəxəssis mətbuat konfransını erkən yekunlaşdırıb.
Gununsesi.info