PA-nın yeni rəhbərindən ilk - Açıqlama

  • By admin
  • 01 Noyabr 2019 16:53

Prezident Administrasiyasının yeni rəhbəri Samir Nuriyev ölkə başçısı tərəfindən yeni vəzifəyə təyin edilməsi ilə bağlı ilk açıqlamasını verib.

Gununsesi.org xəbər verir ki, S. Nuriyev bu etimada görə dövlət başçısına təşəkkür edib:

“Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.