Nazir müşavirini işdən çıxardı

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov vəzifəsindən azad olunub.

Gununsesi.info Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə nazir Rəşad İsmayılov müvafiq Əmr imzalayıb.

İ.Nəsirovun öz ərizəsi əsasında işdən çıxarıldığı bildirilir.

Qeyd edək ki, İ.Nəsirov sözügedən vəzifəyə 2023-cü ilin noyabr ayında təyin olunmuşdu. O, daha əvvəllər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.

 

Gununsesi.info