Parlament jurnalistləri şimal bölgəsində bayraq aksiyası keçiriblər - FOTOLAR

  • By admin
  • 10 Noyabr 2017 10:16

Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə qurumun 20 üzvü Bayraq günü ilə bağlı Quba, Qusar və Xaçmazda olub. 

Gununsesi.info xəbər verir ki, jurnalistlər öncə Quba məzarlığını ziyarət ediblər. Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı QubaMəzarlığı Müzeyində xatirə kitabına ürək sözlərini yazıb.

Elşad Eyvazlının sözlərinə görə, jurnalistlər daha sonra Quba, Qusar və Xaçmazda yerli sakinlərlə görüşərək, onlara Azərbaycan bayrağı ilə bağlı məlumat veriblər:

“Sakinlərlə aparılan söhbətlərdən məlum oldu ki, gənc nəsil bayraqla bağlı yaşlı nəslə nisbətən daha məlumatlıdır. Xüsusilə, 10  yaşadək uşaqların bayraqla bağlı söylədikləri fikirlər, bayraq sevgisi jurnalistlərin ciddi marağına səbəb oldu. Səfər zamanı jurnalistlər yerli sakinlərə bayraqlar hədiyyə etdilər”.

PJB sədrinin sözlərinə görə, Parlament Jurnalistləri Birliyi üzvlərinin Bayraq günü ilə bağlı ölkənin ayrı-ayrı bölgələrinə səfəri artıq ənənə halını alıb:

“Ötənil jurnalistlər Bayraq gününü Balakən, Zaqatala, Şəki, Qax və Oğuz rayonlarında qeyd ediblər. 2015-ci ildə isə Bayraq günündə Goranboy, Göygöl və Gəncədə olduq, yerli sakinlərlə görüşdük. Növbəti illərdə də bu ənənə davam etdiriləcək”.

Qeyd edək ki, jurnalistlərin bu addımı Quba rayonundan millət vəkili Vahid Əhmədov, Qusar rayonunun deputatı Azər Badamov və Xaçmaz rayonun deputatı Eldəniz Səlimov tərəfindən də təqdir olunaraq, dəstəklənib.

Gununsesi.info