Partiya üzvü aclıqdan öldü

  • By admin
  • 13 Sentyabr 2016 19:00

gurcustan

Gürcüstanda partiya üzvü aclıqdan ölüb.

Gununsesi.info-nun APA-nın Gürcüstan bürosuna istinadən məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) Bizim Gürcüstan Partiyasının qeydiyyatını ləğv edib. Partiya üzvlərindən Zaza Lazarov partiyanın qeydə alınmamasına etiraz əlaməti olara, aclıq aksiyasına başalyıb.

Partiya üzvlərinin verdiyi xəbərə görə, Z. Lazarov aksiyanın ikinci günündə qəfildən ölüb. Onun ölüm səbəbləri araşdırılır.

Hazırda Bizim Gürcüstan və Sənayeçilər partiyalarının nümayəndələri MSK-nın qarşısında toplaşaraq, hər iki qurumun qeydiyyatının bərpasını tələb edirlər.

Gununsesi.info