
Fevralın 28-dən martın 2-dək regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsində qiymətləndirmənin nəticələrindən istifadə olunacaq.
Qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılacaq. Pedaqoji heyətin 60 sualı cavablandıracağı qiymətləndirmənin müddəti 90 dəqiqə müəyyən edilib.
Qiymətləndirmə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək (Ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5 (Elmlər Akademiyası metro stansiyasının yaxınlığı).
Anar
Gununsesi.info












