Peyvənd olunanların sayı açıqlandı - FOTO

  • By admin
  • 19 Mart 2022 19:09

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 974 vaksin vurulub.

Gununsesi.info bildirir ki, bu barədə Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 801, ikinci doza vaksinlərin sayı 1 864 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 13 498-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 811 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 355 516, birinci doza peyvəndlərin ümumi sayı 5 318 721, ikinci doza vaksinlərin sayı 4 812 983 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 000 253, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 223 559 olub.

Gununsesi.info