PKK-şıların növbəti hədəfi Elazığ oldu.
Gununsesi.info “Haberturk”-ə istinadən xəbər verir ki, PKK terrorçularının bomba ilə doldurduğu TIR maşını bu dəfə Elazığdakı Polis İdarəsində partladı.
Elazığ valiliyindən verilən məlumata görə, bu gün səhər saatlarında baş verən terro hadisəsi nəticəsində 3 nəfər şəhid olub,100-dən artıq insan yaralanıb. Hadisə yerinə çoxsaylı ambulans cəlb edilib.
Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlanıb.
Qeyd edək ki, iki gün öncə PKK terrorçuları Diyarbəkrdə polis idarəsinə basqn etmişdilər.
Gununsesi.info