Polis qəza törətdi: Avtomobil iki hissəyə bölündü

  • By admin
  • 15 Dekabr 2016 23:27

qza

 

Ucar rayonunda yağan qar qəzaya səbəb olub.

Gununsesi.info xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ucar rayonu “Dörd yol” adlanan ərazidə qeydə alınıb.

Yolun sürüşkən olması nəticəsində idarəetməni itirən VAZ-2106 markalı avtobobilin sürücüsü maşını ağaca çırpıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Ağır qəzadan möcüzə nəticəsində ölən olmayıb, sürücü və bir qadın sərnişin yüngül xəsarət alıb. Qadın Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, qəzaya uğrayan avtomobil Ucar rayon Polis Şöbəsində çalışan polis serjantına məxsus olub.

 

Gununsesi.info