Politoloqdan Allahşükür Paşazadənin anti-Qərb çıxışına cavab: "Qərbi günahkar çıxarmaqdan asan iş yoxdur"

  • By admin
  • 06 May 2017 20:14
allahsukur

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Platformunun panelindəki çıxışında deyib ki, Əfqanıstan, İraq, Liviya, Suriya, Yəməndə baş verən iğtişaşlar Qərb dövlətlərinin siyasətinin bəhrəsidir. Tam razılaşmasam da, tutaq ki, bu belədir. Bəs İslam ölkələri arasındakı təfriqənin səbəkarı kimdir?” 

Gununsesi.info-nun xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” statusunda yazıb.
Onun sözlərinə görə, axı, İranla Səduyyə Ərəbistanı arasındakı gərginliyin və bölgədə nüfuz qarşıdurmasının səbəbkarı ki Qərb deyil…
elxan sahinoglu
“Yəməndə müharibədə İran birini, Səudiyyə Ərəbistanı isə ona qarşı vuruşanları dəstəkləyir. 
Nəticədə minlərlə günahsız insan ölür. Suriyada da eyni vəziyyətdir.
 Qafqaz Müsəlmanları İdarəsinin sədrindən bunun səbəbləri və həlli yollarını da eşitmək maraqlı olardı, yoxsa, hər şeydə Qərbi günahkar çıxarmaqdan asan iş yoxdur…”– deyə, o, sözlərinə əlavə edib.
KAMİL
Gununsesi.info