Polkovkinin oğlu polis orqanlarından çıxarıldı

  • Müəllif: admin
  • 07 Aprel 2018 15:10
Müdafiə Nazirliyinin keçmiş Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğlu polis orqanlarından azad olunub.
Gununsesi.info unikal.org-a istinadən xəbər verir ki, məlumata görə Suraxanı Dövlət Yol Polisinin əməkdaşı Novruz Abdulla oğlu Qurbani xidmətdə verdiyi nöqsanlara görə Daxili İşlər orqanlarından xaric edilib. Onun işdən azad olunmasına səbəb vətəndaşın şikayəti əsasında aparılan yoxlamalar olub.
Suraxanı rayonu DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Sadıx Abbasov Unikal.org-a Novruz Qurbaninin işdən azad olunması faktını təsdiqləyib.
Gununsesi.info