
Tovuzda ağır avtoqəza nəticəsində dünyasını dəyişən Zakir Qəhrəmanovla bağlı yeni bilgilər əldə olunub.
Belə ki, Gununsesi.info-ya etibarlı mənbədən verilən məlumatda deyilir ki, sözügedən avtomobil qəzasında həyatını itirən Zakir Qəhrəmanov “Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.
Nəzərinizə çatdıraq ki, hadisə bu gecə Tovuz şəhərində, Heydər Əliyev prospektində qeydə alınıb. Qeyd olunur ki, hərəkətdə olan “Porsche” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb.
Hadisə ilə bağlı əldə etdiyimiz informasiyada həmçinin, o da qeyd olunur ki, qəza nəticəsində avtomobilin sürücüsü, Hacıqabul rayon polis şöbəsinin əməkdaşı Zakir Şakir oğlu Qəhrəmanov dünyasını dəyişib. Sərnişinlər – Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Nurxan Əmirxan oğlu Hüseynov və Alakol kənd sakini, 1990-cu il təvəllüdlü Fətullayev Azad Ramiz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün xəstəxanaya yerləşdiriliblər.
https://www.youtube.com/watch?v=vrVpoUm2V5s
Gununsesi.info












