Portuqaliya Mərakeşi məğlub etdi

  • By admin
  • 20 İyun 2018 18:42

Portuqaliya Mərakeşi məğlub etdi

Bu gün Moskvanın Lujniki stadionunda Portuqaliya yığması Mərakeş yığması ilə üz-üzə gəlib.

Gununsesi.info xəbər verir ki, oyun Mərakeşin üstünlüyü ilə keçsə də, nəticədə Portuqaliya 1-0 hesabı ilə qalib gəlib. Oyunda vurulan yeganə qolu Kriştianu Ronaldu vurub.

Oyunun dördüncü dəqiqəsində künc zərbəsindən gələn topu Kriştianu başı ilə qapıya göndərib. O, komandasının və özünün dördüncü qolunu vurub.
Oyunun ikinci hissəsi də Mərakeşin üstünlüyü ilə keçib. Amma mərakeşlilər Portuqaliya qapısına yol tapa bilməyiblər.

 Hazırda Portuqaliyanın qrupda 4 xalı var. İkinci yerdə isə 3 xalı olan İrandır. İspanların cəmi 1 xalı var. Mərakeş isə iki oyunda uduzaraq sıfır xala sahibdir.