Portuqaliya yanır: 57 ölü - Yeniləndi

  • By admin
  • 18 İyun 2017 15:37

 portu

 

Portuqaliyanın Pedroqao Qrande əyalətini dəhşətli yanğınlar bürüyüb.

Axar.az xəbər verir ki, yanğınlar nəticəsində 25 nəfər ölüb, 16 nəfər yaralanıb. Rəsmilər ölənlərin əksəriyyətinin avtomobillərinin içindəcə yandığını bildiriblər.

Yüzlərlə yanğınsöndürən dünəndən bəri yanğını söndürmək üçün səfərbər edilib. Alovların sürətlə yayılması yanğının söndürülməsini çətinləşdirir.

Portuqaliya Baş naziri Antonio Kosta verdiyi açıqlamasında bunu böyük faciə adlandırıb və ölənlərin sayının arta biləcəyini deyib.

***

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

***

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 59 nəfər isə yaralanıb.

 

Gununsesi.info