Prezidentə qarşı sui-qəsdin qarşısı alınıb - İNDONEZİYADA

  • Müəllif: admin
  • 19 Sentyabr 2017 08:40

IMG_3463

İndoneziya təhlükəsizlik qüvvələri ölkə prezidenti Coko Vidodoya qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Qərbi Yava əyalətində dövlət başçısına sui-qəsdin təşkil edilməsində şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.

Üzərində partlayıcı qurğu aşkarlanan şəxs Sirebon şəhər hava limanı yaxınlığında saxlanılıb. Məlumata əsasən, şübhəli sui-qəsd cəhdini sentyabrın 19-a, prezidentin helikopter meydançasına gəlişi zamanı həyata keçirməyi planlaşdırıb.

İlkin araşdırmalara görə, saxlanılan şəxs İŞİD-lə əlaqəli yerli ekstremist özəyinin üzvüdür. Son zamanlar ölkədə baş verən terror aktlarının arxasında İŞİD-lə əlaqəli yerli qruplaşmalarının durduğu güman edilir.

Gununsesi.info