Prezident bu şəxsləri vəzifəsindən azad etdi - SƏRƏNCAM

  • By admin
  • 21 Aprel 2018 17:55

Azərbaycan Prezidenti İlham Əliyev Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun xəbərinə görə, sərəncamda qeyd edilir ki, Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyevin başqa bir sərəncamı ilə İnam Kərimov Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilib.

Sərəncamda qeyd edilir ki, İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezidentin başqa bir sərəncamı ilə isə  Samir Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edililib.

Sərəncamda qeyd edilir ki, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Gununsesi.info