Prezident Elman Rüstəmovu təltif etdi

  • By admin
  • 28 Sentyabr 2019 15:12

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın sədri Elman Rüstəmovu təltif edib. 

Gununsesi.org AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Rüstəmov Elman Sirac oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 

Xatırladaq ki, E.Rüstəmov 2010 və 2015-ci illərdə beş il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilib.

Gununsesi.org