Prezidentdən icra başçılara seçki XƏBƏRDARLIĞI

  • By admin
  • 15 Fevral 2018 11:48

“Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün icra hakimiyyəti orqanları qarşısında ciddi vəzifələr qoyub”.

Gununsesi.info modern.az-a istinadən məlumat verir ki, bunu Azərbaycan Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev Dairə Seçki Komissiyaları sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

O qeyd edib ki, seçkilərin keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayır.

“Prezident icra hakimiyyəti orqanları qarşısında ciddi tələblər qoyub. Əvvəllər seçkilər keçirilərkən hansısa məntəqədə səsvermənin nəticələri ləğv olunurdu, müəyyən problemlər yaranırdı. Artıq bunlar keçmişdə qalıb. Seçkilərin keçirilməsi üçün əsas rol oynayan məsələ siyasi sabitlikdir. Sabitliyin əsasını xalq və xalq-iqtidar birliyi şərtləndirir. Azərbaycanda mühit dəyişib, artıq 15 il öncəki mühit deyil. Artıq inkişaf var”.

Z.Nağdəliyevin sözlərinə görə, həmişə, seçkiləri yüksək səviyyədə keçirməyə çalışırlar.

“Azərbaycan Prezidentinin siyasi iradəsi Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə təkan verib”.

Gununsesi.info