Prezidentdən problemli kreditlər anonsu - GÖSTƏRİŞ VERMİŞƏM

  • Müəllif: admin
  • 25 Fevral 2019 13:15

Bu gün anons vermək istıəyirəm ki, problemli kreditlərin həlli məsələ yekunlaşmaq üzrədir.

Gununsesi.org xəbər verir ki, bunu iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə Prezkident İlham Əliyev bildirib.

“Problemli kreditlər əhalini narahat edir.  Ötən ildən hökumət üzvlərinə göstərişlər verilib. Təkliflər paketi hazırlanır. Milli Məclisdə də də müxtəlif təkliflər verilib.

Bu məsələ ilə işçi qurup ciddi məşğuldur. Son 2 aydır ciddi iş aparılır. Bu asan məsələ deyil. Biz bu məsələni həlll edirərək vətəndaşların maliyyə yükünü, maliyyə vəziyyətinin yaxşılaşdırılmasını görürük. Bir-neçə ay ərzində aparlmış ciddi müzakirələr nəticəyə gəlməyə əsas verir. Biz təkliflərin son mərhələsindəyik. Biz yaxın gələcəkdə bunu həll edəcəyik. Buna oxşar bəzi ölklərdə qərarlar əqbul edilib, amma icra edilməyib. Vətəndaşlar üçün ən məqbul variantın seçilməsi ön plandadır. Bu gün anons vermək istəyirəm ki, bu məsələ yekunlaşmaq üzrədir”.