Yəqin ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla zarafatyana diaoqu hər kəsin xatirindədir.
Gununsesi.info xəbər verir ki, söhbət zamanı Ərdoğan C.Əsgərovu göstərərək “Bunun bığı vardı, indi yoxdur”, -deyir. İlham Əliyev isə cavabında “tökülüb”, -deyə bildirir. C.Əsgərov “yaşlandıq, töküldü… Zəngilanda olacaq”, -deyib zarafatyana dialoqa əlavə edir.
Artıq AZAL rəhbərinin verdiyi sözə əməl edərək bığ saxladığı məlum olub.
Bakupost.az-ın məlumatına görə, bununla bağlı görüntülər qurumun bu gün keçirilən iclasında çəkilmiş fotolarda əks olunub.
Belə ki, fotoda C.Əsgərovun simasında dəyişiklik olduğu və bığ saxladığı görünür. /konkret.az/
Gununsesi.info