Prezidentliyə namizəd sutkada 6.3 milyon dollar topladı

  • Müəllif: admin
  • 27 Aprel 2019 09:33

ABŞ-ın 2020-ci ildə keçiriləcək dövlət başçısı seçkilərində iştirak etmək niyyətində olduğunu deyən keçmiş vitse-prezidenti Co Bayden, öz prezidentlik kampaniyasının ilk sutkasında 6,3 mln. dollar toplayıb.

Gununsesi.org  xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşr bildirir ki, Bayden toplanılmış vəsaitin həcminə görə ABŞ prezidenti postuna namizədliyini irəli sürmək niyyətində olduğu bildirən digər demokratları üstələyib.

Qəzet yazır ki, xüsusilə senator Berni Sanders prezidentlik yarışına rəsmən başladıqdan sonrakı ilk sutka ərzində təqribən 5,9 mln. dollarməbləğində ianə toplamağa müvəffəq olub.