Prokuror Qənimət Zahidin qohumlarına iş istədi -VƏKİL RAZI DEYİL

  • By admin
  • 10 İyun 2016 17:38

behruz

“Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin qohumlarının məhkəməsində prokuror çıxış edib. Tэqsirləndirilən şəxslərin vəkili Bəhruz Bayramov gununsesi.info-a bildirib ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən prokuror baş redaktorun qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun hır birinə 8 il 6 ay həbs cəzası istəyib.

Vəkil müdafiə çıxışında  Prokurorun fikirlərini qəbul etmədiklərini deyib: “Biz bəraət hökmü çıxarılmasını istədik. Çünki, bu ittihamlar absuddur, ortada heç bir sübut yoxdur. Digər vəkilin çıxışı ilə proses ayın 20-də davam edəcək”.