Putin dekabrın 15-də Yaponiyaya səfər edəcək

  • By admin
  • 03 Sentyabr 2016 09:30

putin
Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiya Prezidenti cari ildə daha bir yüksək səviyyəli görüşün keçirilməsi barədə razılığa gəliblər.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki,  Rusiya və Yaponiya diplomatik mənbələrinə istinadla yaydığı məlumata görə, Vladimir Putin dekabrın 15-də Yaponiyaya səfər edəcək. Səfər zamanı iki liderin Baş nazir Şinzo Abenin anadan olduğu Yamaquçi prefekturasının Naqato şəhərində görüşəcəyi bildirilir.

Beynəlxalq konfranslar istisna olmaqla, ikitərəfli yüksək səviyyəli görüşün keçirilməsi üçün Rusiya Prezidenti Vladimir Putin son dəfə 2005-ci ilin noyabrında Tokioya səfərə gəlib.

Yaponiyanın Baş naziri Şinzo Abe isə hazırda Uzaq Şərqdə ikigünlük səfərdədir. Vladivostokda keçirilən Şərqi İqtisadi Forum çərçivəsində o, sentyabrın 2-də Rusiya Prezidenti ilə görüşüb.

Gülnaz Qənbərli

Gununsesi.info