Putin, Merkel və Olland arasında telefon danışığı olub

  • By admin
  • 12 Oktyabr 2016 21:22

t

 

Rusiya prezidenti Vladimr Putin, Almaniya kansleriAngela Merkel və Fransa prezidentiFransua Olland arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət zamanı Suriya böhranı müzakirə edilib, terror təhlükəsinə qarşı mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

“Rusiya prezidenti ümidvar olduğunu bildirib ki, oktyabrın 15-də Lozannada keçirilməsi nəzərdə tutulan Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri, regionun bir sıra ölkə nümayəndələrinin də iştirak edəcəyi  görüşdə Suriyada münaqişənin nizamlanması baxımından məhsuldar olacaq”, məlumatda deyilir.

Gununsesi.info