Putin: “Rusiyada koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır”

  • By admin
  • 19 Aprel 2020 12:56

Rusiyada koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır.

Gununsesi.org-un APA-ya istinadən verdiyi məlumata görə , bunu Rusiya prezidenti Vladimir Putin bildirib .

“Hakimiyyətin bütün qolları koronavirusla bağı vəziyyətdə ritmik, təşkilatı və məsuliyyətli çalışır. Bütün cəmiyyətimiz ümumi təhlükəsizlik qarşısında birləşir” ,- deyə Putin Rusiya pravoslavlarını Pasxa bayramı ilə bağlı təbrikində vurğulayıb.

Rusiya prezidenti ölkəsinin bu sınaqdan layiqincə keçəcəyini də söyləyib: “Bunun üçün resurslarımız və ehtiyatlarımız var. Biz bunlardan istifadə edirik. Bununla yanaşı digər dövlətlərin koronavirusla mübarizədə təcrübələrini analiz edirik”.

Gununsesi.org