Şərqi Azərbaycan hava limanlarının baş direktoru Məhəmməd Əli Nael Karamələki Təbriz-İrəvan marşrutu üzrə aviareyslərin bərpa ediləcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, o bu barədə “Aftab News”a açıqlamasında bildirib.
Karamələkinin sözlərinə görə, marşrut üzrə uçuşlar “Poya Airlines” aviaşirkəti tərəfindən həyata keçiriləcək. Reyslərin hər həftənin bazar ertəsi və cümə axşamı günləri yerinə yetirilməsi nəzərdə tutulur.
O qeyd edib ki, ilk uçuş avqustun 10-da, cümə axşamı günü Təbriz hava limanından İrəvana həyata keçiriləcək.
Qeyd edək ki, Təbriz-İrəvan hava əlaqəsinin bərpası İran və Ermənistan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından diqqət çəkir.











