Putin Rusiyada səfərbərlik elan etdi

Rusiya Prezidenti Vladimir Putin ölkədə qismət səfərbərlik elan edib.

Bu barədə Rusiya lideri xalqa müraciətində bildirib.

“Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq”, – deyə o, bildirib.

Rusiya prezidenti vurğulayıb ki, hərbi xidmətə çağırılanlar bölmələrə göndərilməzdən əvvəl xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla, mütləq əlavə hərbi hazırlıq keçəcəklər.

Putinin sözlərinə görə, qismən səfərbərlik tədbiri Rusiyanı, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq və Rusiya xalqının təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.

Gununsesi.info