Putin Türkiyəyə gedəsi olmadı

  • By admin
  • 29 İyul 2016 16:40

putn

Rusiya prezidenti Vladimir Putin gələn ay Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu izləməyə getməyəcək.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya prezidenti Vladimir Putinin avqust ayı üçün nəzərədə tutulan qrafikində Türkiyəyə səfər yer almayıb. Çünki, növbəti ay üçün qrafik demək olar hazırıdır. Ona görə də bunun baş verəcəyini düşünmürəm. Amma digər tərəfdən, heç nəyi istisna etmək olmaz”. – deyə Peskov bildirib.
Qeyd edək ki, Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Yoldaşlıq görüşünün avqustun 31-də Antalyada keçirilməsi planlaşdırılır.
Avqustun 9-da Rusiyaya yola düşəcək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putini matçı izləməyə dəvət edib.

 

Gununsesi.info