Putinlə Ruhaninin görüşü oldu

  • By admin
  • 01 Oktyabr 2019 21:38

Yerevanda Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında görüş olub.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, tərəflər Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi məsələsindən danışıblar. Görüşdə ikitərəfli əlaqələr və nüvə sazişi də müzakirə olunub.

Xatırladaq ki, Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyası zamanı Fars körfəzində təhlükəsizliyi təmin edəcək “Ümid koalisiyası”nın yaradılması təşəbbüsü ilə çıxış edib.

 

 

Gununsesi.org