Qəbələdə güclü sel körpünü yararsız hala saldı 

  • By admin
  • 13 İyun 2018 10:16
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11 iyun 2018-ci il tarixində Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları nəticəsində Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb.
Gununsesi.info nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb. ​