
4 il əvvəl paytaxtın Binəqədi rayonunda yaşayış binasında 15 nəfərin ölümü ilə baş verən yanğına görə həbs edilən rayon icra hakimiyyəti başçısının sabiq müavini Qəzənfər Novruzov bu gün azadlığa çıxıb.
Gununsesi.org-un xəbərinə görə, Novruzov Penitensiar Xidmətin Müalicə Müəssisəsindən evinə buraxılıb. Qanunvericilikdə onun vaxtından əvvəl azadlığa buraxılması mümkün olsa da lakin sabiq başçsı müavini cəzasının son gününə qədər həbsdə saxlanılıb.
Gununsesi.org












