Qəzada ölən futbolçuların nömrələri heç kimə verilməyəcək

  • By admin
  • 04 Yanvar 2017 20:23

fvd

 

Təyyarə qəzasında heyətinin əksəriyyətini itirən Braziliyanın “Şapekoense” klubunun rəhbərliyi həlak olan futbolçuların nömrələrini əbədiləşdirib.

Gununsesi.info xəbər verir ki, komandanın 2017-ci il mövsümünə hazırlığıyla bağlı təşkil edilən mətbuat konfransında danışan klubun prezidenti Plinio David de Nes qəzada həlak olan futbolçuların nömrələrinin heç kimə verilməyəcəyini açıqlayıb.

Xatırladaq ki, noyabrın 29-da içində “Şapekoense” klubunun üzvlərinin də olduğu təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.

 

Gununsesi.info